Cam Balkon, Perqola, Pəncərə Sistemləri – Byart MMC

Şüşə tavan (Sun Room)

Tavan Sistemləri
  • Sun Room

Şüşə tavan, ətraf aləmin gözəlliyindən həzz almağa imkan verən müasir tikintinin əzəmətidir.

 

Şüşə tavanlar kafe, restoran, qış bağçası, hovuz, terras, ticarət mərkəzi və s. kimi məkanların üzərini bağlamaq üçün nəzərdə tutulan sistemlərdir. Konstruksiyası alüminium və metal profillərdən ibarətdir. Şüşə tavanlar istəyə görə temperli, lamina, paket şüşə və ya polikarbonatdan quraşdırıla bilər. Şüşələr sadə və ya xüsusi (günəş işığını yüksək dərəcədə əks etdirmə və istiliyi az keçimə xüsusiyyəti olan) formada təklif olunur. Şüşə və profillərin rəng seçimlərinin olması da məkanın arxitektur quruluşunun və dekorasiyasının saxlanmasında müsbət rol oynayır. Şüşə tavanlar sabit, motorlu, pultla idarə edilə bilən və tam su keçirməz olur.

 

Konstuksiyanın əsas üstünlüklərinə aşağıdakılar daxildir:

 

  • Orijinallıq

   Bir şüşə dam hətta sadə bir evi müasir bir quruluşa çevirəcəkdir;

  • Etibarlılıq

   Düzgün montaj olunduqda belə bir dam davamlılıqda heç də sadə damdan qeriyə qalmır;

  • Müxtəliflik

   Formaların böyük seçimi orijinal dizaynlar yaratmağa imkan verir;

  • Qənaət

   Belə otaqlarda təbii işıq üstünlük təşkil edir, bu da elektrik enerjisinə qənaət etməyə kömək edir.