Cam Balkon, Perqola, Pəncərə Sistemləri – Byart MMC

Pergola

Tavan Sistemləri
  • Pergola

Pergola Sistemi

Avtomatik açılıb-bağlana bilən Pergola sistemləri erqonomik və funksional olan ən son texlonoji məhsuldur. Günəşin, küləyin, yağışın mənfi təsirlərindən qorunmaq üçün istifadə edilən Pergola sistemi kafe, restoran, qış bağçası, hovuz üstü bağlanılmasında və digər məkanlarda əlverişlidir. Pergola sisteminin konstruksiyası alüminiumdan hazırlanır və heç bir dəmir konstruksiyadan istifadə olunmur. Pergola sistemində istifadə olunan profil və aksesuarlar paslanmaya davamlıdır. Bu sistemdə yalnız İtaliya istehsalı olan “blackout tent parça” növündən istifadə olunur. Relsli tent sistemləri üçün nəzərdə tutulmuş bu parça işıq, su keçirməz və yanğına davamlılıq xüsusiyyətlərinə malikdir.

Pergola tentinin üzərinə kənardan bərk cisimlər (daş, şüşə, taxta və s.) düşdükdə cırılmır və təmizlənməsi çox rahatdır. Bunun sayəsində pergola sistemi ilin bütün fəsillərində, istənilən hava şəraitində rahat istifadə edilə bilir.

Pergola sisteminin bağlanması, üzərindəki tentin qatlanaraq geriyə çəkilməsi ilə təmin edilir. Səssiz işləyə bilən və hər ölçüdə istehsal oluna bilən bu sistem, istənilən vaxt üzərinin tamamilə açılması ilə əlavə komfort yaradır.

Bundan başqa, istəyə bağlı olaraq Pergolanın tavan hissəsindəki tent sistemlərinə Led lampaların quraşdırılması da mümkündür.
Led lampalar məkanı işıqlandırmaqla xüsusi zövq verir.

Opal Pergola​

Kölgələmə məqsədilə istifadə edilən opal, günəşdən və yağışdan qorunma təmin edir və küləyə davamlı quruluşu ilə açıq məkanları rahat edir. Opalın yanal sahələri VertiGlass şaquli avtomatik şüşə sistemləri ilə bağlanaraq yaşayış yerlərini bütün fəsillərdə istifadə etmək imkanı verir. Hər büdcəyə uyğun Opal həm qənaətcil, həm də müasir bir məhsuldur. 450 sm açılışı ilə Opal fərdi yaşayış yerləri və ya dar məkanlarda həllər üçün uyğundur.

Ruby Pergola

Ruby tente xarici fasadlara estetik görünüş vermək üçün xüsusi olaraq hazırlanmışdır. Qeyri-adi dizaynı və bənzərsiz texnologiyası ilə istənilən məkana müasir görünüş qazandıran Ruby, boşluqlarda daralmaya səbəb olmur və yamacsız quruluşu ilə daha geniş istifadə yaradır. Yanlarındakı yivləri sayəsində yüksək izolyasiya təmin edir.

Sapphire Pergola ​

Sapfir; Sütunsuz, asma və yastı dizayn edilmiş erqonomik tente sistemidir. Avtomatik açılıb bağlanma xüsusiyyəti ilə istifadə rahatlığı yaradan sistem, rahat yaşayış sahələri təqdim edir. 600 sm-ə qədər açıla bilən quruluşu ilə yaşayış evləri üçün uyğun bir həll sistemidir.

Pearl Pergola

Pearl, bütün mevsimler üçün yaşam alanı yaradır. Ekstra bağlantı parçalarına ehtiyac duymadan kendi ayaqları üzərində konumlandırıla bilər. 900 sm genişliyindəki çıxıntısı və oval görünüşü ilə bir çox ihtiyaca eyni anda cavab verebilecek sayız istifadə məqsədi sunar.