Cam Balkon, Perqola, Pəncərə Sistemləri – Byart MMC

Pergola

Tavan Sistemləri
  • Pergola

Pergola Sistemi

Avtomatik açılıb-bağlana bilən Pergola sistemləri erqonomik və funksional olan ən son texlonoji məhsuldur. Günəşin, küləyin, yağışın mənfi təsirlərindən qorunmaq üçün istifadə edilən Pergola sistemi kafe, restoran, qış bağçası, hovuz üstü bağlanılmasında və digər məkanlarda əlverişlidir. Pergola sisteminin konstruksiyası alüminiumdan hazırlanır və heç bir dəmir konstruksiyadan istifadə olunmur. Pergola sistemində istifadə olunan profil və aksesuarlar paslanmaya davamlıdır. Bu sistemdə yalnız İtaliya istehsalı olan “blackout tent parça” növündən istifadə olunur. Relsli tent sistemləri üçün nəzərdə tutulmuş bu parça işıq, su keçirməz və yanğına davamlılıq xüsusiyyətlərinə malikdir. Pergola tentinin üzərinə kənardan bərk cisimlər (daş, şüşə, taxta və s.) düşdükdə cırılmır və təmizlənməsi çox rahatdır. Bunun sayəsində pergola sistemi ilin bütün fəsillərində, istənilən hava şəraitində rahat istifadə edilə bilir.

Pergola sisteminin bağlanması, üzərindəki tentin qatlanaraq geriyə çəkilməsi ilə təmin edilir. Səssiz işləyə bilən və hər ölçüdə istehsal oluna bilən bu sistem, istənilən vaxt üzərinin tamamilə açılması ilə əlavə komfort yaradır.

Bundan başqa, istəyə bağlı olaraq Pergolanın tavan hissəsindəki tent sistemlərinə Led lampaların quraşdırılması da mümkündür.
Led lampalar məkanı işıqlandırmaqla xüsusi zövq verir.