Cam Balkon, Perqola, Pəncərə Sistemləri – Byart MMC

Bioclimatik Pergola

Tavan Sistemləri
  • Bioklimatik Pergola

Bioklimatik Pergola

Avtomatik açılıb-bağlana bilən “Bioklimatik Pergola” sistemi erqonomik və funksional olun ən son texlonoji məhsuldur. Bioklimatik Pergola günəşin, küləyin, yağışın mənfi təsirlərindən qorunmaq üçün istifadə edilən bu sistem kafe, restoran, qış bağçası, hovuz üstü bağlanılmasında və digər məkanlarda əlverişlidir. Bioklimatik Pergola sistemində konstruksiyası alüminiumdan hazırlanır və heç bir dəmir konstruksiyadan istifadə olunmur. Sistemdə istifadə olunan profil və aksesuarlar paslanmaya davamlıdır. Bioklimatik Pergola sistemində, xüsusi hazırlanmış alüminium panellərdən istifadə olunur. Konstruksiya üçün nəzərdə tutulmuş bu panellər işıq, su keçirməz və yanğına davamlılıq xüsusiyyətlərinə malikdir. Panelin üzərinə kənardan bərk cisimlər (daş, şüşə, taxta və s.) düşərsə, sistemin isşləməsinə zərər göstərmir və təmizlənməsi çox rahatdır. Bunun sayəsində Bioklimatik Pergola sistemdə ilin bütün fəsillərində, istənilən hava şəraitində rahat istifadə edilə bilir.

Konstruskiyanın açılması zamanı panellər növbəli şəkildə öndən geriyə doğru qatlanaraq bir birinin üzərinə yığılır. Səssiz işləyə bilən və hər ölçüdə istehsal oluna bilən bu sistem, istənilən vaxt üzərinin tamamilə açılması ilə əlavə komfort yaradır. Pergoladan fərqli olaraq bu sistemdə panellər həm arxaya doğru qatlanaraq yığılır, həm də 45 dərəcə bucaq altında yerində qatlanır. Bioklimatik Pergola sisteminin istifadəsində bir çox üstünlüklər qazandırır. İstəyə uyğun olaraq panellərin içərisi poliuretan dolğu ilə doldurula bilər. Bu isə öz növbəsində həm izolyasiya cəhətdən, həm də konstruksiyanin möhkəmliyinə üstünlüklər qazandırır.

Bundan başqa, istəyə bağlı olaraq tavan hissəsinin kənarlarına Led lampaların quraşdırılması da mümkündür. Led lampalar Bioklimatik Pergolaya estetik gözəllik və məkanı işıqlandırmaqla xüsusi zövq verir.