Gazebo
Yay günəşinin qarşısını almaq və sərinlik yaratmaq üçün Sizlərə Gazebo sistemini təqdim edirik.
Gazebo dörd ayaq üzərində qurulan, yüksək keyfiyyətli PVC membrandan hazırlanmış, konus formalı dartma sistemdir. Əsas korpusu polad konstruksiyadan ibarətdir. Bu sistemdə xüsusi su keçirməyən, yanğına davamlı, bütün iqlim şərtlərinə dayanıqlı parçadan istifadə olunur. Parçanın standart rəngi krem rəngi və ya ağ olur və istənilən RAL rəngə boyanması da mümkündür.
Sistem müxtəlif modellərdə olub dəyişik dizaynlarda tətbiq oluna bilər. İstəyə bağlı olaraq ətrafı sürgülü və ya çərçivəsiz açılıb yığılan şüşələnmə sistemi ilə bağlanaraq 4 mövsüm istifadə özəlliyinə sahib ola bilir. Sistemin quraşdırılması açıq hava şəraitində - bağlarda, hovuz üstünün bağlanılmasında, kafe, restoran və digər yerlərdə də mümkündür.
Bizimlə əlaqə