BYART CONSTRUCTION
Şirkət haqqında və gördüyü işlər barədə ətraflı məlumat almaq üçün aşağı keçid edin.
Aşağı keçidBYART CONSTRUCTION'a xoş gəlmisiniz
“BYART CONSTRUCTION” Tent və Şüşələnmə sistemləri sahəsində 10 ildən artıq xidmət göstərməklə Azərbaycanda ən tanınmış şirkətlərin eyni zamanda bir çox insanların etibarını qazanmışdır. Məhz bunun məntiqi nəticəsi olaraq məmnun müştərilərin məsləhəti ilə “BYART CONSTRUCTION” yeni müştəriləri cəlb edərək onların da etibarını qazana bilmişdir. Hal-hazırda təyinat və mürəkkəblik dərəcəsi fərqli olan 100-dən artıq şirkətlə və bir çox insanlarla uğurla əməkdaşlıq edirik.
Şirkət, müştərilərə Pergola, Bioklimatik Pergola, Gilyotin Avtomatik Şüşə, İzo Sistem Qapı-Pəncərə, Hebeschiebe Sürgülü Sistem, Akkordeon Qapı, Sürgülü Sistem və 15 müxtəlif növdə “Cam Balkon” Sistemlərini təklif edir.
“BYART CONSTRUCTION” emalat və quraşdırma zamanı əsasən Avropa ölkələrində istehsal olunan aksesuarlardan, mexanizmlərdən və mühərriklərdən istifadə edir. Onlardan müxtəlif ölçülü PVC əsaslı membran hissələr Almaniyanın “Mehler”, Belçikanın “Sioen” və Italiyanın “Serge Ferrari”, mühərriklər və avtomatlaşdırma sistemləri isə Fransanın “Somfy” brendlərinə aiddir.
Türkiyə istehsalı olan alüminium konstruksiya profillər və kompozit lövhələr “Artdecooutdoor”, “Cuhadaroğlu”, “Asaş Alüminum” və “Kurtoğlu” brendlərinə aiddir.
“BYART CONSTRUCTION” təqdim etdiyi məhsullar ilin bütün fəsillərində rahatlıqla istifadə olunur. Təqdim olunan məhsullar məkanları kəskin hava şəraitindən qorumaqla yanaşı, quraşdırılan yerlərdə müasir və dəbdəbəli görünüş yaradır.
Məqsədimiz -müasir idarəetmə standartlarının və keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqi yolu ilə öz müştərilərimizə yüksək keyfiyyətli xidmətlərin göstərilməsidir.
Hədəfimiz -şəffaflıq və etibarlılıq prinsiplərini qorumaqla müvafiq xidmət sahəsində güclü rəqabət qabiliyyətinə malik olmaqdır.
“BYART CONSTRUCTION” - Biz yarı yolda qoymuruq!.
TƏRƏFDAŞLAR