Pergole sistemləri

Avtomatik açılıb bağlana bilən «Pergola»  tent sistemi  erqonomik və funksional olan son texlonoji məhsuldur. Günəşin, küləyin,  yağışın mənfi təsirlərindən qorunmaq üçün istifadə edilən bu  sistem  kafe, restoran, qış bağçası, hovuz üstü bağlanılmasında  və digər məkanlarda  əlverişli sayılır. Sistemin konstruksiyası alüminiumdan hazırlanır və heç bir dəmir konstruksiyadan istifadə olunmur. Sistemdə istifadə olunan profil və aksesuarlar paslanmağa davamlıdır. Sistemin bağlanması üzərindəki tentin qatlanaraq geriyə çəkilməsi ilə təmin edilir.Səssiz işləyə bilən bu sistem, istənildiyi zaman üzəri  tamamilə açıla bilərək,  əlavə komfort təmin edir. İstənilən hər ölçüdə  istehsalı mümkündür. Bu sistemdə yalnız "blackout tent parça" növündən  istifadə olunur. Relsli tent sistemləri üçün istifadə edilən bu parça işıq, su  keçirməyən və yanğına davamlılıq   xüsusiyyətlərinə  malikdir. Tentin üzərinə kənardan bərk cisimlər (daş,şüşə,taxta və s ) düşdükdə cırılmır və təmizlənməsi çox rahatdır. Bunun sayəsində sistem yaz, qış şəraitində də rahat istifadə edilə bilir. Ayrıca istəyə bağlı olaraq tavan hissəsindəki tent sistemlərinə  Led lampaların quraşdırılması da mümkündür. Led işıqlandırma məkanı işıqlı edərək, axşam vaxtı xüsusi  zövq verir. 

Copyright © Cam Balkon, Suse balkon, Şüşə balkon, Cambalkon BYART 2007-2017       Made by Ilkin Alibayli