Petlə ilə duş kabin

İldən-ilə duş-kabinlərə tələbat artır. Duş kabinlərin üstün cəhətləri: vanna otağında  çox yer tutmur, su sıçramasının qarşısı alır, vanna otağını  rahat və təmiz saxlayır. Şüşə qapılardan və ya şüşə arakəsmələrdən istifadə edərək, duş-kabinləri  istənilən ölçü və formada quraşdırmaq mümkündür. Şüşə duş-kabinlərdə 8 mm qalınlığında, yüksək temperatura tab gətirən  temperli şüşələdən istifadə edilir. Şüşələr  zamanla əvvəlki  görünüşünü itirmir, çızılmır, təmizlənməsi isə rahat və  asandır. Duş kabinlər üçün şüşə qapılar şəffaf, eləcə də mat olur.

Biz hər bir müştərinin tələbatını yüksək səviyyədə ödəyə bilirik.

 

Copyright © Cam Balkon, Suse balkon, Şüşə balkon, Cambalkon BYART 2007-2017       Made by Ilkin Alibayli