Avtomatik və sabit markizlər

Son bir neçə il ərzində markizlər  çox populyarlaşmışdır. Markizlər rahatlığın və komfortun rəmzidir.

Markizlər - günəşdən  qorunmaq üçün ən yaxşı vasitədir ! İlk öncə, markizlər  kölgə yaratmqla ümumi  görkəmi məhdudlaşdırmır. Belə ki, onlar nəinki  yaşayış binalarında, həm də otellər, mağazalar , ofislər və ticarət mərkəzlərində quraşdırılır. Həmçinin onlardan bağ evlərinizidə   terrasları  və eyvanları  bağlamaq üçün istifadə edə bilərsiniz.Hər bir halda, markiz modelləri Sizin şəxsi istəyinizdən asılı olaraq, ölçü və forma seçiminə  görə bir neçə amillərdən asılıdır.

Vertikal markizlər- binanın fasadına  gözəl görüntü verməklə,  günəş şüalarından qorunmaq  üçün ideal seçimdir. Şaquli tentlər fasadın  çöl tərəfindən quraşdırılır. Həmçinin  küləkdən,yağışdan qorunmaq üçün əla üsuldur.  Sadə və  istifadəsində asan ekranlar konstruksiyasına görə çox etibarlıdırlar. Rulon parça, pəncərənin yuxarı hissəsindən  aşağıya doğru enir.

Fransız markizləri (həmçinin günbəzli markiz adlanırlar) – pəncərə və qapılar üçün ən yaxşı həllidir. Yarım dairəvi şəkildə, ipli mexanizmi ilə açılıb bağlanan sistem mağazalar üçün ideal seçimdir. Xüsusi forma və ölçüsü sayəsində, onlar bina girişlərində, çəbhələrdə, qapı və pəncərələrdə  gözəl estetik və zərif görünüş verməklə seçilirlər. Fransız markizləri istifadəsində  rahat və asanlıqla  quraşdırılıb yığıla bilirlər.

 «Ponant » qollu tentləri – eyvanların, terrasların, pentxausların  kölgələndirilməsi üçün əla seçimdir. Gölgələnmə sahəsində ən möhtəşəm sayılan sistemlərdən biridir. Ən son texnologiya ilə hazırlanmış , avtomatik açılıb bağlana bilən sistem  yaz və qış şəraitlərində rahat istifadə oluna bilir. Sistemin bağlanması üzərindəki tentin qatlanaraq geriyə çəkilməsi ilə təmin edilir. Xüsusi konstruksiya sayəsində yığılan tent , qutu şəklinə salınaraq bir xətt boyunca qollarını və parçasını içərisinə yığaraq , içərisində olan fırçası sayəsində öz özünü təmizləyə bilir. Digər markiz modellərimizdə olduğu kimi  Ponant qollu tent müxtəlif rənglərdə  ola bilər. 

Copyright © Cam Balkon, Suse balkon, Şüşə balkon, Cambalkon BYART 2007-2017       Made by Ilkin Alibayli