Gazebo sistemi

Yay günəşinin  qarşısını alaraq, sərinliyi təmin etmək üçün  Sizlərə Gazebo sistemini təqdim edirik. Gazebo  dörd ayaq üzərində qurulan, yüksək keyfiyyətli PVC membrandan hazırlanmış  Konus formalı  dartma sistemdir. Əsas korpusu polad konstruksiyadan ibarətdir. Bu sistemdə xüsusi su, yanğın keçirməz,  bütün iqlim şərtlərinə davamlı parçadan  istifadə olunur. Parçanın standart rəngi krem və ya ağ  olur.  İstənilən RAL rəngdə boyanması da mümkündür.Sistem müxtəlif modellərdə olub, dəyişik dizaynlarda tətbiq oluna bilər. İstəyə bağlı olaraq ətrafı sürgülü və ya çərçivəsiz açılıb yığılan şüşələnmə sistemi ilə bağlanaraq 4 mövsüm istifadə özəlliyinə sahib olur. Sistem  açıq hava şəraitində: bağlarda, hovuz üstünün bağlanılmasında,  kafe, restoran və digər münasib yerlərdə  quraşdırılır.

Copyright © Cam Balkon, Suse balkon, Şüşə balkon, Cambalkon BYART 2007-2017       Made by Ilkin Alibayli