Fasad şüşələnməsi

Fasad şüşələnməsi  müasirlik və orijinallığı ilə effektiv görünüşə malikdir.  Fasad şüşə binada əlavə ağırlıq yaratmadan,  harmoniya əlavə edir. Binaların fasad şüşələnməsi  onları daha da görkəmli edir. Maksimum işıqlandırmanı  təmin edir.Rəngli və güzgülü şüşələr isə  ofis binalarının və bankların fasadlarında xüsusilə məşhurdur. Fasad şüşələnmədə istifadə olunan şüşələr müxtəlif  xüsusiyyətlərə  malikdirlər: zərbəyə davamlı, səs keçirməyən , enerji qənaətli, gün işığından qorunma;  yanğına davamlı və s. Fasad şüşələnmələrin müxtəlif  variantları mövcuddur:  qapaqlı, silikon , spider  və s.

Şirkətimiz  bütün tələblərinizə uyğun olan  fasad şüşələnmə işlərini yerinə yetirir.

Silikon cəbhə. Fasadın xarici səthində incə birləşmə xətləri ilə bölünmüş çərçivəsiz şüşə fasad görünüşü yaradır.

Qapaqlı fasad. Qapaqlı fasad sistemlərinin xarici qabığında yerləşən basma və qapaq elementləri,lahiyənin xüsusiyyətinə görə şaquli və yaxud üfüqi olaraq seçilməkdədir.

Spider fasad – geniş və artan populyarlığı ilə müasir tikinti sahəsində öz yerini tutubdur. Sistemin üstünlüyü ondadır ki, estetik görünüşü ilə binaya xüsusi gözəllik və orijinallıq verir.Sistem hər hansı bir konstruksiyalı şüşələnməni yerinə yetirməyə imkan yaradır. Spider şüşələnməsi müasir ticarət-mərkəzlərində, sərgi salonlarında, böyük mağazalarda və d. yerlərdə geniş istifadə olunur. Çərçivəsiz şüşələnməyə xüsusi paslanmayan kronşteynlər vasitəsilə birləşdirilir. Sistem xüsusi qayğı tələb etmir. Paslanmaya, kifə qarşı davamlıdır. İstənilən ölçülərdə quraşdırılması maksimum etibarlıdır. 

Biz hər bir müştərini  dəyərləndiririk  və hər biri ilə fərdi işləyirik.

 

Copyright © Cam Balkon, Suse balkon, Şüşə balkon, Cambalkon BYART 2007-2017       Made by Ilkin Alibayli