Çətirlər

Biz bağ evləri, eləcə də kafe və restoranlar üçün çətirlər  təklif edirik. Çətirlərin konstruksiyası asan, quraşdırılması və  sökülməsi  rahatdır. Hər bir  modelin müxtəlif  forması, günbəz diametri,  eləcə də  parça rəngi  və dizaynı ola bilər. 

Bizim çətirlərimiz  olduqca geniş  sahəni əhatə edərək , qızmar  günəş şüalarından və qeyri-sabit hava şəraitindən  qoruyur. Çətirlər yalnız günəşdən qorunmaq üçün deyil, eləcə də rahatlıq mühiti və hətta romantik atmosfer yaradır. Onlar bir çox xüsusiyyətlərə  malikdirlər: yüngül çəkili konstruksiya, su keçirməyən və UB şüalardan yüksək qorunma, hətta gündəlik istifadəsində  davamlı və etibarlıdırlar. Bağ və çimərlik çətirlərinin materialı xüsusi parçadan hazırlanır. Parça  günəş  şüalarına və müxtəlif  temperatur dəyişikliklərinə  dayanıqlıdır. Ultrabənövşəyi şüadan qorunması  çətirin rəngini və parlaqlığını  olduğu kimi qoruyub  saxlayır. Gövdələrinə yerləşdirlmiş teleskopik mexanizm sayəsində çətir bağlanarkən təpələri yuxarı qalxır, açılarkən isə aşağı enir. 

Copyright © Cam Balkon, Suse balkon, Şüşə balkon, Cambalkon BYART 2007-2017       Made by Ilkin Alibayli